“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edir.
Turaz.org AZAL-a istinadən xəbər verir ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.
Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.
Bakı-Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/azerbaycan-ordusunun-herbi-masini-qezaya-dusub-2-nefer-xesaret-alib
Həmçinin bax: kafkazh.com/aluminium
Son Xəbərlər
İran parlamenti sədrinin birinci müavini Azərbaycana səfərə gəlib
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Rusiya Finlandiya və İsveçi hədələyib