İyul 4, 2022

AZAL Bakıdan Aktauya uçuşlara başlayır

Fevralın 18-dən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qazaxıstanın Aktau şəhərinə uçuşlara başlayacaq. 

Turaz.org xəbər verir ki,bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, aviareyslər həftənin çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Sərnişin Aktau şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/erdoganin-ukraynaya-sefer-proqrami-aciqlanib/

Translate »