Oktyabr 3, 2022

Azərbaycan Prokurorluğunun sosial şəbəkələrdəki mövcud və yeni hesabları aktivləşdirilib

Xəbər verdiyimiz kimi, prokurorluq orqanları ilə bağlı məlumatların ictimaiyyətə operativ şəkildə çatdırılmasını təmin etmək üçün “Facebook”, “Instagram”, “Twitter”, “YouTube”, “Telegram” və “LinkedIn” sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarının fəaliyyətindəki dəyişikliklər, yeniliklər, ictimaiyyət tərəfindən maraq göstərilən məsələlər və digər məlumatları əldə etmək istəyən şəxslər rəsmi səhifələrə abunə olmaqla məlumatları maneəsiz şəkildə dərhal əldə edə bilərlər.

Müxbir: turaz.org xüsusi müxbir Jalə Hüseynova

Mənbə: azertag.az
Həmçinin bax:https://kafkazh.com/dinamika-eynsteynin-nisbilik-nezeriyyesi-lorens-cevrilmeleri/https://kafkazh.com/hilmi-ziya-ulkenin-felsefi-gorusleri/

Translate »