Oktyabr 21, 2021

“Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi faktora çevrilib”

“Türkiyə və Azərbaycanın dostluğu, münasibətləri, yaxınlığı bizi istəməyənləri, Türkiyənin gücünün artırmasını istəməyənləri narahat edir”.

Turaz.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Türkiyə və Azərbaycanın dostluğu, münasibətləri, yaxınlığı kimlərə narahat edir?” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, bunlar kimlər olduğu bəllidir: “Bir çox ölkələrdə belə dairələr var. Bu, islamafob dairələrdir. Təəssüf ki, bu gün Avropada islamafobiya artır. Kasıb ölkələrdən gələn qaçqınlara olan münasibət də göz qabağındadır. Ona görə islamafob partiyalar bu gün bir neçə Avropa ölkəsində parlamentə girirlər. Yəni radikal, faşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli bir meyldir. Avropa üçün ilk növbədə təhlükəli meyldir, çünki bu. İrqçilik, ayrı-seçkili və ksenafobiya, islamafobiyaya şərait yaradan bir meyldir. Eyni zamanda islamafob qüvvələrlə yanaşı, Türkiyənin gücündən narahat olan dairələr var. Çünki bugünkü Ərdoğan Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Biz də bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilir. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kimsə Türkiyəyə nəyisə diktə edə bilməz, nəyisə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını layiqincə dünyada müdafiə edir. Öz təhlükəsizliyini bildiyi kimi təmin edir. Beynəlxalq aləmdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı məsələ həll edilə bilməz. Suriya, Liviya ondan sonra Ağ dəniz. Bütün bunlar onu göstərdi. Ona görə Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir bunlar. Bu təbiidir

Translate »