Oktyabr 20, 2021

Azərbaycanlı mütəxəssislər əlil arabasında basketbol üzrə beynəlxalq seminarda iştirak ediblər

Türkiyə Fiziki Məhdudiyyətli Şəxslərin İdman Federasiyasının təşkilatçılığı ilə əlil arabasında basketbol üzrə onlayn məşqçilik seminarı keçirilib.
Turaz.orghttps://turaz.org/ xəbər verir ki, seminarda Azərbaycan Milli Paralimpiya Komitəsinin idman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov, Azərbaycan Basketbol Federasiyasının məşqçiləri Polad Həsənov, Sakit Nuriyev və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin idman məşqçisi Nicat Mehdiyev iştirak ediblər.
Seminarda uğurla iştirak etmiş şəxslər sertifikatla təltif olunublar.

Müxbir: turaz.org xüsusi müxbiri Nazpəri Həsənova

Həmçinin bax:https://turaz.org/millimizin-uzvu-meglubiyyete-uzulub/

Həmçinin bax:https://turaz.org/alvaro-morata-italiyanin-yuventus-klubuna-kecmeye-yaxindir/

Translate »