Oktyabr 19, 2021

Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasına hazırlıq gedir

Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev Belarusun xarici işlər nazirinin I müavini Aleksandr Quryanovla görüşüb.

Turaz.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələləri, həmçinin beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqə müzakirə edilib.

Bundan başqa, diplomatlar ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan – Belarus hökumətlərarası komissiyasının növbəti iclasına hazırlığın gedişatını nəzərdən keçiriblər.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/rusiya-sulhmeramlilari-ucterefli-beyanati-pozdu-qarabagda-terminator-qaldirdilar/

Həmçinin bax: tehsilim.org/xaricde-doktoranturaya-indiden-hazirlas/

Translate »