30 il davam edən Azərbaycan-Ermənistan münaqişəsi 44 günlük müharibədən sonra səngidi. Bu münaqişədə Ermənistan Azərbaycan torpaqlarını işğal etmiş, günahsız minlərlə insanı qətlə yetirmişdi. Azərbaycan 44 günlük müharibə ilə torpaqlarının bir qismini geri qaytardı və şəhidlərinin qanını yerdə qoymadı. Müharibə bitsə də, münaqişənin tam bitdiyini demək olmaz. Bəs bu münaqişədə Ermənistan hakimiyyətinin rolu necədir? Ermənistanda hakimiyyət dəyişdirilməlidirmi? Bu kimi sualları cavablamaq üçün siyasi-analitik ekspert Elman Vəliyev Turaz.org-a müsahibə verib:
Hazırda Azərbaycan və Ermənistan arasında dayanan münaqişənin yenidən alovlanma ehtimalı nə qədərdi?
– Tərəflər arasındakı münaqişənin alovlanması gözlənilən haldır. Qarşı tərəf hələ də təxribatlar törətməyə cəhd edir. Bu da Azərbaycanı güc üsuluna əl atmağa vadar edir. Xüsusilə, qondarma respublikanın nümayəndələri fərqli kontekstdən çıxış edirlər. Rəsmi İrəvan həm ehtiyatlı davranır, həm də yanlışlığa yol verməməyə çalışır. Yəni Azərbaycanla həm uzlaşmaq istəyir, həm də bu uzlaşmağı elə yollarla etmək istəyir ki, xalq ayaqlanmasın. Mən deyə bilərəm ki, qondarma respublikanın nümayəndələri Paşinyana o qədər də müti deyillər.
Münaqişədə qonşu ölkələrin mövqeyi necə ola bilər?
– Qonşu dövlətlərin mövqeyi aşkardır. Rusiya sülhməramlıları rolunu oynadığı üçün neytral mövqe nümayiş etdirməyə çalışır. Rusiya üçün tərəflərin toqquşması maraqlı deyil, ona maraqlı olan öz məqsədlərini həyata keçirtməkdir. Buna görə də gah xəritədə “Dağlıq Qarabağ” ifadəsi işlədir, gah da “Qarabağ Azərbaycana məxsusdur” deyir. Bu hadisəyə siyasətdə ikili standart oynu deyilir. Beynəlxalq aləm Azərbaycana daha çox haqq qazandırır. Lakin erməni lobbisinin güclü olduğu (Fransa, ABŞ) ölkələrdə bu əks reaksiya verir. İran əvvəldən Ermənistanın safında dayanmışdı. O bunu Ermənistanı sevdiyi üçün deyil, Azərbaycanla Ermənistan arasında münaqişə olduğu üçün edir. Bilir ki, Cənubun bir xeyli hissəsi Azərbaycan türküdür. Həmçinin İsrail-Azərbaycan əlaqələrinin inkişafı da buna təkan verən amillərdəndir. Türkiyə Azərbaycanın haqq səsini beynəlxalq tribunalarda səsləndirdi. Bir vaxtlar Osmanlı Qafqazlarda mövcud idi. Lakin Rus-Osmanlı savaşlarından sonra çəkilməyə başladı. Bu gün Türklər Azərbaycanın vasitəsilə yenidən Qafqazlara girmə şansı əldə etdi. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma prosesi başlayıb. Türkiyə bundan məharətlə istifadə edəcək. Ermənistanın zatən başqa çıxış yolu qalmayıb. Gürcüstana gəldik də isə, əminəm ki, nə Azərbaycana, nə də Ermənistana qanı isinmir. Lakin bu ikisi arasındakı seçimdə Azərbaycana nisbətən üstünlük verir. O da öz maraqlarına (enerji alış-verişi) görədir.
Yaşanacaq yeni münaqişədə hansı ölkələr Ermənistan hakimiyyətinə açıq şəkildə dəstək ola bilərlər?
– Yaşanacaq münaqişədə Ermənistana açıq dəstəyi zənn edirəm, Fransa göstərəcək. Qalanları aşkar olmasa da, əlaltından kömək edəcəklər. Burada İranı xüsusilə qeyd etmək lazımdır.
Ermənistan hakimiyyətində hansı dəyişikliklərin olmasına ehtiyac var və sizcə hakimiyyət dəyişikliyi bizə sərf edərmi?
– Zənn etmirəm ki, hakimiyyət dəyişikliyi bizə sərf etsin. Paşinyan getsə, onun yerinə Əhməd, Vəli oturmayacaq. Yerinə oturanın kim olduğunu bilmək üçün öncə Paşinyanın kimlər tərəfindən devrildiyinə baxmaq lazım olacaq. Paşinyan qərb yönümlü adamdır. Devrilsə, Rusiya tərəfindən devrilər ki, bu da işləri bir az yoxuşa sürər. Rusiya onunla istədiyini edə bilər. Hələlik ki bu gözlənilmir, amma istisna da etmirəm. İndiki halda Ermənistana Paşinyan daha çox sərf edir.
Zəngəzur koridoru nə zaman tam şəkildə açıla bilər? Koridor uğrunda müharibə ehtimalı varmı?
– Koridor məsələsində tərəflərin fikir ayrılığı mövcuddur. Azərbaycan tərəfi açılmağının qatı lehinədir. Əslində, Ermənistan tərəfi Azərbaycanın Naxçıvanla əlaqə saxlamasına razılıq verir. Amma yolun bir koridor olmasını istəmir. Mən açılacağını zənn edirəm. Bu yol İrandan başqa bir neçə, hətta Çinə belə (“Bir ipək Bir yol” layihəsi çün) sərf edir. Yol uğrunda qarşıdurma ola bilər, istisna hal deyil. Qaldı ki, nə zaman açılacağına bu on illərə çəkməz. Siyasi arenadakı gedişatdan çox şey asılıdır. Bəzi şeylər dövlətlərin, hakimiyyətdəkilərin öz ixtiyarında olmaya da bilər.
Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Məryəm Məmmədova
Son Xəbərlər
İsraildə Azərbaycan səfirliyinin açılışı olub
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen