Fevral 2, 2023

Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib

Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.

Turaz.org  “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazir söyləyib ki, rəsmi İrəvan Azərbaycanla tezliklə konsensusa nail olmağa ümid edir.

O bildirib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər: “Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir”.

Nazirin sözlərinə görə, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.

 

Müxbir: Əzizə Əlizadə

Translate »