Oktyabr 28, 2021

Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

Turaz.org-un məlumatına görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Sahak Hovannisyanla üz-üzə gəlib.

Rəqibinə heç bir şans verməyən Cəfərov 7:0 hesabı ilə qalib gələrək, dünya çempionu olub.

60 kq çəki dərəcəsindəki Nihat Məmmədli bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: tehsilim.org/babil-lovhesinde-tetbiqi-hendeseden-istifade-edilmenin-en-qedim-numunesi-tapilib/

Həmçinin bax: turaz.org/azerbaycanda-peyvend-olunanlarin-sayi-aciqlandi-5/

Translate »