Oktyabr 20, 2021

Azərbaycan Gürcüstana 17 mindən çox dərslik və metodik vəsait göndərib

 

Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli orta məktəblərinə 2020-2021-ci tədris ili üçün dərslik və metodik vəsaitlər göndərib.

Turaz.org xəbər verir ki, bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə dərs vəsaitləri bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.

Təqdim olunmuş vəsaitlər 21 adda 17 848 nüsxə Ana dili və ədəbiyyatı dərsliyi və müəllimlər üçün metodik vəsaitlərdən ibarətdir. Dərslik və metodik vəsaitlər yaxın həftələrdə azərbaycandilli məktəblərə paylanılacaq.

Qeyd edək ki, Azərbaycan Gürcüstandakı soydaşlarımızı dərsliklərlə 1994-cü ildən etibarən təmin edir. Bu günədək Gürcüstana çatdırılan dərslik və digər metodik vəsaitlərin sayı 600 minə yaxındır.

Müxbir: Əzizə Əlizadə

Translate »