Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində xəsarət alıb.
Turaz.org xəbər verir ki,yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib
Sabaha olan hava proqnozu açıqlanıb
Ermənistanda partlayış olub, xəsarət alanlar var