Dekabr 7, 2021

Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar

 

Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən leytenantlar 27 sentyabr – 22 oktyabr 2021-ci il tarixlərində Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.

 

Turaz.org-un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

 

Qeyd edək ki, Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi oktyabrın 20-də keçirilib.

 

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/mn-ehtiyatda-olan-bir-qrup-herbi-vezifeli-telime-cagirilir/

Həmçinin bax: tehsilim.org/bdu-da-meiset-zorakiligi-media-mustevisinde-movzusunda-kecirilen-telimler-basa-catib/

Translate »