Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.
Müdafiə Nazirliyindən Turaz.org-a verilən məlumata görə,hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.
Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür