Sentyabr 30, 2022

Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol imzalanıb


Təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək məqsədilə Türkiyə Respublikasında səfərdədir.

Səfər çərçivəsində fevralın 19-da təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u imzalamışdır. Sözügedən Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.

Müxbir: Nağızadə Ayşən

Həmçinin bax: turaz.org/tehsil-nazirliyindn-derslerle-bagli-aciqlama/

Həmçinin bax: tehsilim.org/bir-sevinek-bir-gulek-respublika-usaq-yaradiciliq-musabiqe-festivalina-start-verilir/

Translate »