İyun 7, 2023

Azərbaycan Kredit Bürosu yeni skorinq xidmətini istifadəyə verib

Azərbaycan Kredit Bürosu yeni skorinq xidmətini istifadəyə verib

Azərbaycan Kredit Bürosu (AKB) yeni kredit skorinq xidmətini əməkdaşlıq etdiyi təşkilatların istifadəsinə təqdim edib.
AKB-dən bildirilib ki, proqnozlaşdırma gücü kifayət qədər yüksək olan (Gini əmsalı – 66.3) bu model Kredit Bürosu ilə Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. Yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir. Skorinq xidməti kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsində, əməliyyat xərclərinə qənaət edilməsində, kredit risklərinin azaldılmasında, habelə borcalanın maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynayacaq. Belə ki, bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əlavə etməsinə uyğunluğunu müəyyənləşdirmək imkanı qazanmış olacaqlar. Yeni xidmətin skor şkalası 1-1000 arasında olacaq.
Qeyd edək ki, AKB ölkənin qabaqcıl 8 bankı tərəfindən 2018-ci ildə təsis edilib. Cari dövrə AKB-nin əməkdaşlıq etdiyi təşkilatların sayı 137-yə çatıb.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Hüseynova Jalə

həmçinin baxhttps://kafkazh.com/beynelxalq-munasibetlerde-siyasi-realizm/

Həmçinin bax:https://turaz.org/balliqaya-soyqirimi-ermenistan-silahli-quvvelerinin-yaratdigi-diversiya-qrupunun-28-avqust-1992-ci-il-tarixde-dinc-ehaliye-qarsi-soyqirimi/

Translate »