Azərbaycanda istehsal olunan məhsullar ABŞ-ın məşhur elektron ticarət platformaları ilan “Amazon” və “eBay”da satışa çıxarılacaq.
Turaz.org xəbər verir ki, satışlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı vasitəsilə həyata keçiriləcək.
Məhsullar alıcılara “Made in Azerbaijan” brendi ilə təqdim ediləcək.
Xatırladaq ki, 2021-ci ilin yanvar ayından fəaliyyət göstərən “Azexport” portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışıdır. Portal fəaliyyətdə olduğu 5 il ərzində isə 145 ölkədən 2,7 milyard ABŞ dolları dəyərində sifariş qəbul edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ceyhun Bayramov İrana gedib
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib