Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Turaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ceyhun Bayramov İrana gedib
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə institutları magistraturaya qəbul apara biləcək