Dekabr 9, 2022

Azərbaycan MN: “Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir”

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

 

Bu barədə Turaz.org-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/avropa-ittifaqi-ermenistana-mulki-missiyanin-gonderilmesini-tesdiqleyib/

Translate »