Dekabr 9, 2021

Azərbaycan MN: “Ermənistanla dövlət sərhədində vəziyyət sabitləşib”

“Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib”.

Turaz.org xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd olunub.

Müxbir: Əzizə Əlizadə

Translate »