2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Snayper hazırlığı kursu” keçirilir.
Bu barədə Turaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədris proqramına uyğun olaraq yüksək hərbi biliyə və təcrübəyə malik zabitlər tərəfindən kursantlara müxtəlif snayper silahlarının taktiki-texniki xüsusiyyətləri və onların istismar qaydaları öyrədilir. İştirakçıların snayper silahından istifadə vərdişlərinin artırılması üçün praktiki atışlar icra edilir.
Hərbi qulluqçuların döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim ediləcək.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/milli-meclisin-novbeti-plenar-iclasinin-vaxti-melum-olub/
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib