Oktyabr 4, 2022

Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə itkin düşüb

 

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Turaz.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda faktla bağlı araşdırma aparılır.

Müxbir: Əzizə Əlizadə

Translate »