Yanvar 26, 2022

Azərbaycan Ordusunun əsgərini elektrik cərəyanı vuraraq öldürüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəsirov Müşfiq Əjdər oğlu ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində həlak olub.

Turaz.org xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Müxbir: Əzizə Əlizadə

Translate »