Dekabr 9, 2021

Azərbaycan Ordusunun kapitanı Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun zabiti Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə Turaz.org Reporta istinadən xəbər verir ki, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçu – kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.

Belə ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

“Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!”, – nazirlikdən bildirilib.

Müxbir: Əzizə Əlizadə

Translate »