Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olmuş hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib.
Turaz.org-un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/qazaxistan-prezidentinin-teleradio-kompleksi-azerbaycanla-emekdasliq-barede-senedli-film-hazirlayib/
Son Xəbərlər
İsraildə Azərbaycan səfirliyinin açılışı olub
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen