Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Turaz.org xəbər verir ki,fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Goranboyda qəza olub, xəsarət alanlar var
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Buraxılış imtahanlarının nəticələri açıqlanıb