Dekabr 9, 2021

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub

 

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.

Turaz.org-un “Report”-a istinadən verdiyi məlumata görə, onun cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

Müxbir: Əzizə Əlizadə

Translate »