Dekabr 7, 2021

Azərbaycan Ordusunun tank bölmələri döyüş atışları icra edib

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində döyüş atışları icra olunub.

Turaz.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirən tank heyətləri təyin olunmuş hədəflərə praktiki atışlar icra edib.

Müxbir: Əzizə Əlizadə

Translate »