Yanvar 29, 2022

Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından 103 il keçir

Tarixdə bu gün əsası qədim dövlətçilik ənənələrimizin davamı olaraq Məhəmməd Əmin Rəsulzadənin öndərliyilə işğal edilib parçalanmış torpaqlarımızın şimal hissəsində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ən əsas qanunverici orqanı parlamentinin açlışı olub. O dövrdə böyük xeyriyyəçimiz Hacı Zeynalabddin Tağıyevin Nikolay küçəsində yerləşən qızların savadlanmağı üçün əsasını qoyduğu Qızlar məktəbinin binasında 1918-ci ilin 7-də saat 13-da təntənəli açlışı olmuşdur. Tarixdə ilk dəfə idiki o dövr üçün müsəlman şərqində demokratiyanın göstərici olaraq parlamenti idi. O vaxtı qurucu lider Məhəmməd Əmin Rəsulzadəyə dövləti idarəetmək təklifi edilsədə buna qarşı olmuş və bir dövlətdə ən əsas xalqın söz haqqı olmalıdır. Buda onun demokratik prinsiplərə əsaslanan güclü parlamentinin olmasından keçir deyə bildirmişdir. Özünü isə Müsavat fraksiyasının başqanı olaraq qalmasını istəmişdi və təklif yetkilliklə qəbul edilmişdir. Parlamentimizin ilk iclasında Müsavat firaksiyasının təklifi Əlimərdan bəy Topçubaşov parlamentin sədri Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilmişdir. İstiqlal marşımızın bəstəkarı dahi şəxsiyyətlərimizdən biri Üzeyr Hacıbəyli öz xatirələrində yazır: AXC-nin ilk baş naziri Fətəli Xan Xoyski deyirdi; “Parlamentimiz açıldı. Yatsaq idik yuxumuza girməzdi bu günlər. Binanın içində qızıldan zinətdən daha çox diqqəti cəlb edən şey qiymətli xalılar deyildi sadə parçadan tikilmiş lakin mahiyyəti milliyyə və siyasiyyəsi dedikcə daha baha olan Cümhuriyyətimizin müstəqillik simvolu  üçrəngli ay ulduzlu bayrağımızın dalğalanması idi”.  Rəsulzadə ilk dəfə öz çıxışında məşhur sözü olan bir kərə yüksələn bayraq bir daha enməz demişdir. Bu sözündən sonra məslicdəki parlamentərilər qalxıb alqışlamışdılar. Parlamentimiz 120 nəfərlik idiki onlardan Müsavat və bitərəflər: 39 , İttihad: 13, Sosialistlər: 12, Əhrar: 6, Bitərəflər: 3, Fraksiyasızlar: 3, Müxalifət 27, Slavyan-Rus Cəmiyyəti: 9, Daşnaksutun: 7, adlarını biz Türklərdən oğurlamış dünyaya özlərini erməni kimi tanıdan hətta o dövrdə öz tarixi torpaqlarımızda özlərinə rusların və farsların havadarlığı ilə qurduqları terrorçu dövlətləri belə olmayan hayriklər: 5, Milli azlıqlar: 5, Sol müstəqillər: 1 nəfərlə təmsil olunurdular. İlk dəfə seçki keçirildiyindən 17 oturacaq boş qalmışdır. Cümhuriyyət və dünya tarixini araşdıran biri kimi deyə bilərəmki dünyanın ən demokratik parlamentinə sahib olmuşuq. Dünyanın heç bir yerində parlament deputatı dövlət əlehinə çıxış edə bilməyəcəyi halda bizdə seçildiyinə görə bunlara yer verilirdi. Parlamentimizdə hayriklərə yəni sözdə ermənilərə 21, ruslara isə 10 yer ayrılmasına baxmayaraq, Azərbaycan öz müstəqilliyini elan etməkdə Vahid və bölünməz Rusiya ideyasına xilaf çıxmışdır deyərək onlar parlamentin açılışında iştirak etmədilər. Bunun əsas səbəblərindən biri rus milli şurası özünün parlament və hökumətdə iştirakını Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması və beləliklə Azərbaycanın beynəlxalq aləmdə tanınması işini asanlaşdırdığını hesab edərək rədd edirdilər. Nə qədər problem yaratsalarda axırki parlamentimiz açlışını edir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində bütün Azərbaycan əhalisinə “Müraciətnamə” dərc edilir. Həmin Müraciətnamədə deyilirdi: “Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurai-Millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeini müdafiə edəcək… bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımıza bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-biriminizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər”.
Həmin dövrün tarixinə baxdıqda görürük ki, çar rusiyasının devrilməsi ilə yeni qurulan bolşevik rusiyası öz çar rusiyası kimi işğalçılığını davam etdirdi. Cümhuriyyətimizi işğal etmək qərarına gəldilər. İlk işğal edilən isə yenə xalqımızın söz haqqı olan parlamentimiz olmuşdur. Buna parlamentimizdəki rus-hayrik birləşmələri və onlara satılan sapı özümüzdən olan xainlərlə nail oldular. Hakimiyyəti təcili koministlərə təfil verməlisiniz əks təqdirdə Xalqın başına gələn hər bir müsibətə görə sizlər cavabdehlik daşıyacaqsız tələb edənlərə qarşı həyatını xalqımıza qarşı adamış, bu səbəbdən də şəhid edilən Nəsib bəy Yusifbəylinin höküməti istefa etdi. Yeni hökumətin təşkil olunması tapşırılmış Məmmədhəsən Hacınskinin başçılıq etdiyi, Məhəmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Aslan bəy Qardaşov və Səməd ağa Ağamalıoğlunun da daxil olduğu işğalçılara qarşı xüsusi komissiya yaradıldı. Göstərilən ultimatum və komissiyanın apardığı danışıqların nəticələri Məmməd Yusif Cəfərovun sədrliyi ilə parlamentin 145 ci sonuncu iclasında müzakirə olundu.
Parlamentimizim son iclas aprelin 27-də axşam saat 20:45-də başlandı ve 23:25-dək davam etdi. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə müzakirələr zamanı parlamentin qapıları xalqın üzünə açıldı. Məhəmməd Əmin Rəsulzadə çıxışında belə demişdi:”Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək”.
Azərbaycan bolşevikləri ilə sıx əlaqə saxlayan
Məmmədhəsən Hacınski çıxışının sonunda parlament üzvlərini mövcud vəziyyətdə millətin qurtuluşu naminə yeganə düzgün qərar qəbul etməyə çağırdı. Lakin Səməd ağa Ağamalıoğlu, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Məhəmməd Əmin Rəsulzadə və Sultanməcid Qənizadə Məmmədhəsən Hacınskinin hakimiyyətin kommunistlərə qeyd-şərtsiz təslim edilməsi təklifinə qarşı çıxdılar. Bununla belə, qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, vətənin müstəqilliyinin saxlanılması şərti ilə kommunistlərə verilməsinə tərəfdar olduqlarını bildirdilər. Nəticədə, parlament səs çoxluğu ilə aşağıdakı şərtlərlə hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etdi: “Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin heyatının və əmlakının toxunulmazlığına təminat verir; Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir”.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mühasirə şəraitində keçirdiyi həmin iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qaldı. Lakin işğalçılar Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin hakimiyyəti dinc yolla, qan tökülmədən kommunistlərə təhvil vermək haqqında qərarına məhəl qoymadılar. Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi. İşğal nəticəsində Cümhuriyyətimizin müstəqilliyi uğrunda mübarizə edənlərin sonu axınacaqlı olsada onu satan satqınlarında axrı heçdə yaxşı olmadı. Yaltaqlıq satqınlıq etdikləri işğalçı bolşevik rusiyası tərəfindən gəbərdildilər. Bir fərq o olduki Cümhuriyyətimizi müdafiə edənlər şəhid oldular, satanlar isə gəbərib gorbagor oldular. Sonradan Azərbaycan SSSR-adlanan dövlətimizin 70 il işğaldan sonra yenidən şəhidlərimizin, qazilərimizin sayəsində müstəqilliyimizin bərpa edilməsi qərarı yenidən parlamentimizin üzərinə düşdü. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməyiblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Yazar: Alim Nuriyev 

Translate »