Azərbaycan Premyer Liqası: “Qarabağ” qələbə qazanıb.Avqustun 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.
ikinci oyun günündə son çempion “Qarabağ” öz meydanında “Sabah” komandasını qəbul edib.
“Azərsun Arena” stadionunda baş tutan görüşdə “Qarabağ” 2:0 qələbəsi ilə qalib gəlib.Oyunda hər iki qolun müəllifi Mahir Əmrəli (45, 68) olub.
Qeyd edək ki, turun ilk oyun günündə “Keşlə” səfərdə “Sumqayıt”ı minimal hesabla üstələyib – 1:0.“Neftçi” isə öz meydanında “Səbail”dən üstün olub – 2:1.Avqustun 23-də “Qəbələ” – “Zirə” oyunu ilə birinci tura yekun vurulacaq.
Mənbə: Azərtac
Müxbir:Turaz.org saytının xüsusi müxbiri Zöhrə Məmmədova
Həmçinin bax:https://tehsilim.org/qafqaz-maarif-birliyi-tarixime-toxunma-aksiyasina-start-verib/
Son Xəbərlər
Füzulidə silah-sursat aşkar edilib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub
Naxçıvanda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb