Dekabr 9, 2022
Azərbaycan Qırğızıstan

Azərbaycan prezidenti Qırğızıstana səfər edib

Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstana rəsmi səfər edib.

Turaz.orgbildirir ki, dövlət başçısının təyyarəsi Beynəlxalq Manas Hava Limanına enib.
Hava limanının bayraq dirəklərində Qırğızıstan və Azərbaycanın bayraqları ucaldılıb, qırmızı xalça salınıb, Fəxri Qarovul dəstəsi onları müşaiət edib.
Hörmətli qonağı Qırğızıstan prezidenti Sədir Cəfərov hava limanında qarşılayıb
Hər iki dövlət başçısı üçün konsert proqramı təşkil edilib.
Rəsmi səfərin bir parçası kimi, Qırğızıstan və Azərbaycan dövlət başçıları ikitərəfli danışıqlar keçirəcək və Dövlətlərarası Şuranın ilk iclasında iştirak edəcəklər.
Bununla yanaşı səfərin çərçivəsində, Qırğızıstam-Azərbaycan Dostluq parkı, eləcə də Heydər Əliyev və Nizami Gəncəvinin adına orta məktəblərin açılış mərasimi keçiriləcək.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »