Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “dəyirmi masa” çərçivəsində Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılması haqqında memorandum imzalanıb.
Turaz.org xəbər verir ki, sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov imzalayıblar.
F.Şəfiyev deyib ki, Şuranın yaradılmasında məqsəd iki ölkə ekspertləri arasında əməkdaşlığı möhkəmləndirməkdir.
“Bu gün təsis edilmiş Eksertlər Şurası Qazaxıstan və Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsinə daha bir töhfədir. Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün rəsmi Bakının səylərini yüksək qiymətləndiririk”, – Y.Tukumov bildirib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İran Azərbaycana nota verib
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli
“Biz bir millət, bir ölkəyik” – Mirziyoyev Qaraqalpaqstan xalqı ilə görüşüb