Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 688,09 milyon ABŞ dolları təşkil edib.
Turaz.org xəbər verir ki,bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
Təkcə bu ilin noyabr ayında isə Azərbaycan 302,13 milyon ABŞ dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da oktyabr ayına nisbətən 12,2 % çoxdur.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2020-ci illə müqayisədə 47,2 % artaraq 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/edv-den-azad-olunan-aqrar-avadanliq-ve-texnikalarin-siyahisi-tesdiq-edilib/
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür