May 18, 2022

Azərbaycan qeyri-neft məhsullarının ixracından gəlirlərini 47% artırıb

2021-ci ildə Azərbaycanın ixracının dəyəri 22,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 2,7 milyard ABŞ dolları təşkil edib.

Turaz.org bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, ötən il qeyri-neft ixracı əvvəlki ilə nisbətən 47,2% artıb.

2021-ci ildə Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəz məhsullarının dəyəri 2020-ci illə müqayisədə 22,9 milyon ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2021-ci ilin dekabr ayı üzrə ixrac 2,4 mlilyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 milyon ABŞ dolları olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7% artaraq 101,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 93,7% artaraq 252,1 milyon ABŞ dolları təşkil edib.

Müxbir: Əzizə Əlizadə

Translate »