Azərbaycanın Finlandiyadakı səfiri Zaur Əhmədov bu ölkənin Prezidenti Sauli Niinistö ilə görüşərək etimadnaməsini təqdim edib.
Turaz.org xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.
“Mən Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Sauli Niinistöyə etimadnaməmi təqdim etmək şərəfinə nail oldum. Azərbaycanı Finlandiyada təmsil etməkdən şərəf və qürur duyuram”, – səfir sosial şəbəkə hesabında yazıb.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Netanyahu səfirliyin açılması münasibətilə Azərbaycanı təbrik edib
İsraildə Azərbaycan səfirliyinin açılışı olub
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib