Oktyabr 3, 2022

Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbçisi şəhid olub, şəhidlərin sayı 77-yə çatıb – SİYAHI

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Turaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

https://mod.gov.az//images/pdf/5dd09558789d690a997638c50c44b76b.pdf

 

Müxbir: Əzizə Əlizadə

Translate »