Oktyabr 22, 2021

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları tapşırıqları icra ediblər

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi davam edir.

Turaz.org xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti mərhələsində Xüsusi Təyinatlı bölmələr şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/son-sutkada-peyvend-olunanlarin-sayi-aciqlanib/

Həmçinin bax:tehsilim.org/xaricde-doktoranturaya-indiden-hazirlas/

Translate »