Azərbaycan tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb.
Turaz.org xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev ilə türkiyəli həmkarı Fəxrəddin Qoca ilə telefon danışığı zamanı bildirib.
Telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırıb.
“Ehtiyac olduğu təqdirdə, azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”, – nazir vurğulayıb.
T.Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.
Son Xəbərlər
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı
Türkiyədə prezidentliyə müraciət prosesi başladı
Universitetin prorektoruna şiddətli töhmət verildi