Yanvar 29, 2022

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb.

Turaz.org xəbər verir ki, “Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub.

Dekabrın 3-də Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.

Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.

Diplomat tviter səhifəsində təyyarə ilə bağlı paylaşım edib.

“Bu gün Azərbaycanda “Hurkuş” uçurduq”, – Cahit Bağçı bildirib.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/mn-herbi-qulluqcumuza-hucum-eden-ermeni-esilli-sexs-zerersizlesdirilib
Həmçinin bax: kafkazh.com/ozbek-sair-sovket-rehmanin-seirleri

Translate »