Oktyabr 23, 2021

Azərbaycan Udmurtiyadan ən çox məhsul idxal edən ölkələrin 10-luğuna düşüb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Udmurtiya (Rusiya Federasiyası) məhsullarını istehlak edən ölkələrin ilk onluğuna daxil olub.

Turaz.org bu barədə “Kommersant”a istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan 1,6 faizlə bu onluqda 7-ci yeri tutub.

Privoljsk Gömrük İdarəsinin statistikasına əsasən, bu ilin 6 ayı ərzində tərəflər arasında ticarət dövriyyəsi 6 milyon ABŞ dolları olub.

Azərbaycan idxala 5 138, 8 min ABŞ dolları xərcləyibsə, ixracdan 921, 3 min ABŞ dolları əldə edib.

Birinci yarımildə Udmurtiya məhsullarının istehlakçısı olan ölkələr sırasına Uqanda (48,6 %), Belarus (16,9 %), Qazaxıstan (9,3 %), Özbəkistan (3,9 %), Niderland (2,7 %), Almaniya (1,8 %), Azərbaycan (1,6 %) və Ukrayna (1,5 %) daxildir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:turaz.org/selcuk-bayraktar-qarabag-muharibesinde-ugura-vasiteci-olmaq-bizim-ucun-boyuk-serefdir/

Həmçinin bax:tehsilim.org/azerbaycan-kollecleri-2/

Translate »