Noyabr 28, 2021

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

Turaz.org-un məlumatına görə, bunu C.Bayramov tvitter səhifəsində yazıb.

“İrandan olan hörmətli həmkarımla telefon danışığımız oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, – nazir bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »