Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İtaliyanın müdafiə naziri Quido Krosetto təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.
Turaz.org xəbər verir ki, imzalanma mərasimi yanvarın 12-də nazirlərin görüşündən sonra keçirilib.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/rusiya-xin-ermenistan-terefinin-yanasmalarinda-cox-sey-aydin-deyil/
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək