Oktyabr 3, 2022

Azərbaycan və Latviya parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Latviyanınbu ölkənin Seyminin sədri müavini, təsisatın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri xanım Inese Libina-Egnere ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsindən razılıq ifadə olunub.

Tərəflər iki ölkə arasında parlamentlərarası əlaqələrin uğurlu inkişaf yolu keçdiyini məmnuniyyətlə vurğulayaraq, bu münasibətlərin həm ikitərəfli, hə də çoxtərəfli formatlarda davamlı inkişafına qarşılıqlı maraqlarını ifadə ediblər.

Azərbaycan və Latviya parlamentlərindəki dostluq qrupları arasında sıx əməkdaşlıq münasibətlərinin qurulmasından məmnunluqlarını bildirən tərəflər bu əlaqələrin gələcək inkişafı naminə birgə təmasların artırılmasının vacibliyini vurğulayıblar.

Görüş zamanı ölkələrimiz arasında qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında səfir Cavanşir Axundov iyulun 12-dən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilmiş erməni təxribatları ilə bağlı həmsöhbətinə geniş məlumat verib, bu hərbi təcavüz aktı ilə əlaqədar Latviya Seyminin deputatları tərəfindən ölkəmizə göstərilən böyük dəstək və həmrəyliyə görə təşəkkürünü bildirib.

Mənbə: azertag.az

Müxbir : TurAz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax :https://turaz.org/ar-xin-metbuat-xidmeti-idaresinin-xarici-isler-naziri-ceyhun-bayramovun-birlesmis-ereb-emirliklerinin-azerbaycandaki-sefiri-ile-gorusune-dair-melumati/

https://tehsilim.org/pese-liseyinde-saglamliq-imkanlari-mehdud-usaqlara-onlayn-maariflendirici-tedbir-kecirilib/

Translate »