Dekabr 4, 2022

Azərbaycan və Moldova minatəmizləmə üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Moldova Azərbaycan və Moldova azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatı ilə bağlı əməkdaşlıq edəcək.

Turaz.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi birgə brifinqdə söyləyib.

“Bugünkü müzakirələr zamanı mina təhlükəsi məsələsi ətrafında fikir mübadiləsi apardıq. Cənab Popesku tərəfindən təşəbbüs irəli sürüldü. Bu məsələ ilə bağlı Azərbaycanı dəstəkləmək niyyəti bildirildi. Hesab edirik ki, ölkələrimizin aidiyyəti qurumları əlaqəyə girərək bu istiqamət üzrə çalışmağa başlayacaqlar”, – nazir bildirib.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/medianin-inkisafi-agentliyi-yeni-qanunun-hedeflerini-aciqlayib/

Translate »