Mart 29, 2023

Azərbaycan və Qazaxıstan prezidentləri danışıqlar edib

Qasım-Comərd Tokayev Azərbaycana rəsmi səfərə dəvət etdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.

Turaz.org xəbər verir ki, dövlət başçısı bu səfərin onun üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Bugünki danışıqlardan sonra bir neçə müqavilənin imzalanması gözlənilir. Qasım-Comərd Tokayev müqavilələrin Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı yeni bir səviyyəyə çatdıracağını əminliklə vurğulayıb.

Prezident İlham Əliyev Qazaxıstan prezidentinin Azərbaycana səfərini hər iki dövlət arasında əməkdaşlığın gücləndirilməsinə böyük töhfə olacağını qeyd edib.

Yuxarıda da qeyd edildiyi kimi dövlət başçısı Qasım-Comərd Tokayev Azərbaycana- paytaxt Bakı şəhərinə rəsmi səfər edib.

Müxbir: Aytac Ceferova

Tərcüməçi: Nigar Yusubova

Translate »