Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Turaz.org Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.
Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Telefon danışığı zamanı nazirlər yeni il münasibətilə təbriklərini bölüşüblər.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib
Sabaha olan hava proqnozu açıqlanıb
Ermənistanda partlayış olub, xəsarət alanlar var