May 23, 2022

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edib

Martın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Turaz.org xəbər verir ki,bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Müxbir: Əzizə Əlizadə

Translate »