Dekabr 8, 2021

Azərbaycan və Səudiyyə Ərəbistanı gömrük sahəsində əməkdaşlıq edəcək

 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ilə görüşüb.

 

Turaz.org xəbər verir ki, bu barədə komitə sədri “Twitter”də yazıb.

 

“Bu gün Ər-Riyad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in imzalanması gömrük orqanlarının mövcud əlaqələrinin inkişafına öz töhfəsini verəcək.

 

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ilə görüşümüzdə iki ölkənin gömrük orqanları arasında qarşılıqlı əməkdaşlığın perspektivləri barədə faydalı müzakirələr apardıq.”- sədr qeyd edib.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: turaz.org/ceyhun-bayramov-ermenistanin-mina-xeritelerini-teqdim-etmesi-vacibdir/

Həmçinin bax: tehsilim.org/qarabag-movzusu-fransa-milli-kitabxanasinda-arasdirilib/

Translate »