Dekabr 9, 2021

Azərbaycan və Türkiyənin Müdafiə nazirləri arasında telefon danışığı olub

Noyabrın 16-da Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Turaz.org xəbər verir ki,bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »