İyun 6, 2023

Azərbaycan Xalq rəssamı Mikayıl Abdullayevin anım günü ilə bağlı videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı Azərbaycan rəssamlıq tarixində özünəməxsus yeri olan Xalq rəssamı Mikayıl Abdullayevin vəfatının 18-cı ildönümünə həsr edilmiş videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videomateriallarda rəssamın əsrarəngiz sənət əsərləri izləyicilərə təqdim olunur.
Azərbaycan təsviri sənəti tarixində elə şəxslər olub ki, onlar hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq, sənət ideallarını daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Mikayıl Abdullayevin yaradıcılığı da bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycandır, onun gözəllikləridir. Rəssamın dilindən söylənən “Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” fikirləri də bunu təsdiqləyir.
Mənbə:azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax;https://arabic.cnn.com/

https://tehsilim.org/naxcivan-abideler-diyari-movzusunda-resm-musabiqesi-kecirilib/

Translate »