Oktyabr 20, 2021

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Perm Dövlət Universitetinə silahlı hücumla bağlı Rusiyaya başsağlığı verib.

Turaz.org xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, -XİN-in paylaşımında deyilir.

Xatırladaq ki, Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Atəş açan şəxsin tələbə olduğu bildirilir. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Saxlanma zamanı o, müqavimət göstərib və yaralanıb.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/azad-olunan-erazilerde-daha-63-mina-askarlanib/

Həmçinin bax: tehsilim.org/xaricde-doktoranturaya-indiden-hazirlas/

Translate »